Ağstafada 120 kq yararsız donuz ət aşkarlanıb
Qonşu ölkələrdə donuz qripiin yayılması və Azərbaycana keçmə təhlükəsi ilə əlaqədar ehtiyat tədbirləri görülür.
Ağstafanın Poylu qəsəbəsində yerləşən Gürcüstan Azərbaycan arasındakı gömrük postunda reyd zamanı 120 kiloqramdan artıq mənşəyi bilinməyən ət aşkarlanıb.
Aktual.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yoxlamalar zamanı bəlli olub ki, naməlum ət donuz ətidir və onu Göygölün Topalhəsənli kənd sakini Şəmkir Abbasov öz yaşadığı rayona aparır.
Sürücü əti qonşu Gürcüstandan gətirdiyini desə də, daha sonra məlum olub ki, əti yaxınlıqdakı kəndlərdən alıb. Aşkarlanan ətdən nümunələr götürülüb və aydın olub ki, Göygöl sakinin avtomobilində daşıdığı donuz əti istifadəyə yararsızdır. Ət ayrılmış müvafiq sahədə zərərsizləşdirilib.