Azərbaycan səfirliyi Hindistana başsağlığı verib

Azərbaycan səfirliyi Hindistana başsağlığı verib

Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.
Aktual.az  xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
"Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.
Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.

Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR