Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Azərbaycan səfiri pakistanlı nazirlə iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər naziri Əhsən İqbal ilə görüşüb.
Aktual.az xəbər verir ki, bu barədə nazirliyin "X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.
Məlumata görə, tərəflər Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq münasibətlərini vurğulayıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR