Azərbaycan Respublikasının Braziliya, Qayana və Surinamdakı səfiri Rəşad Novruz səfir etimadnaməsini Surinam Respublikasının Prezidenti Çandrikapersad Santokiyə, Qayana Kooperativ Respublikasının Prezidenti Mohamed İrfaan Aliyə təqdim edib.
Aktual.az xəbər verir ki, diplomat bununla bağlı "X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu ölkələrin bəzi nazirləri və parlamentariləri ilə bir çox məsələlər, sahələr üzrə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı söhbətlər apardım”, - diplomat vurğulayıb.
Xəbər 363 dəfə oxunub.