Azərbaycan üç il müddətinə İSESCO-nun baş konfransına sədr seçilib.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərar İSESCO-nun Bakıda keçirilən Baş Konfransının 12-ci sessiyasında qəbul edilib.
Ölkəmiz adından müvafiq sədrlik mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tərəfindən həyata keçiriləcək.
Tədbir Bakıda keçirildiyi üçün Səudiyyə Ərəbistanının naziri sədrliyi Ə.Qarayevə təhfil verib.