2024-cü il və karyerası ərzində ən çox qazanan 30 qrossmeysterin siyahısı hazırlanıb.
Aktual.az "Chess.com” portalına istinadən xəbər verir ki, dünyanın bütün dövrlər üzrə ən çox qazanan şahmatçısı 10,7 milyon dollarla 16 qat dünya çempionu Maqnus Karlsen olub.
Siyahıda Azərbaycan şahmatçıları da yer alıb.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2024-cü ildə keçirilən turnirlərdə təxminən 8,7 min dollar qazanıb. Məmmədyarov karyerası ərzində ümumilikdə 1,74 milyon dollar qazanıb və bu göstərici ilə dünyada 19-cu yeri tutur.
Digər azərbaycanlı şahmatçı Teymur Rəcəbov isə karyerası boyunca 1,1 milyon dollar qazanıb və 27-ci yerdə qərarlaşıb.
Xəbər 59 dəfə oxunub.