Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər zəngin ənənələri və əməkdaşlığın inkişafı üçün böyük potensialı ilə seçilir.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Çünki o, bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir. Həqiqətən də bizim çoxlu ümumi marağımız var. Bizim əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənəsi var”, - Peskov bildirib.
Xəbər 401 dəfə oxunub.