Rusiya Azərbaycan, İran, Qazaxıstan, Misir və Kubaya müxtəlif tipli 15 min vaqon satmağı planlaşdırır.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, Sənaye və Ticarət Nazirliyi Rusiya ixrac mallarının yeni bazarlarda həvəsləndirilməsi proqramının inkişafı üzərində işləyir.