"Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) risklərin idarə edilməsi sahəsində Rusiya təcrübəsindən yararlanmaq niyyətindədir".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu ARPA-nın Müşahidə Şurasının sədri Rüfət Mahmud bu gün Bakıda Risklərin idarə edilməsi üzrə II forumda deyib.
Onun sözlərinə görə, indiki şəraitdə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi aktuallaşır: "Çünki dünyada baş verən proseslər, daha da dərinləşən böhran Azərbaycana təsir edir və yekunda maliyyə bazarlarına mənfi təsir göstərir".