Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinə seçkilər elan edildi.
Gənclər Fondunun Nizamnaməsinə əsasən Müşahidə Şurasının üzvlərinin 5-i müvafiq dövlət orqanlarından, 4-ü isə gənclər təşkilatlarını təmsil edirlər.
Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.
Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları 2017-ci il fevralın 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər.