Formula 1-in rəsmi "Tvitter" səhifəsində aparılan sorğunun yekunu üzrə Azərbaycan Qran Prisi 2018-ci ildə Formula 1-in ən yaxşı mərhələsi sayılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, sorğuda 43 419 istifadəçi iştirak edib.
Sorğuya qatılanların 68 faizi Azərbaycan Qran Prisinin lehinə səs verib. Çin Qran Prisi 14 faiz səslə ikinci olub. Sonrakı yerlərdə Bəhreyn (11 faiz) və Avstraliya (7 faiz) gəlir.
Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi "Mercedes" komandasının pilotu Luis Hamilton olub.
Aktual.az
Xəbər 676 dəfə oxunub.