Formula-1 üzrə Azərbaycan Qran-Prisi 2017-ci ilin ən yaxşı yarışı seçilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Aktual.az-a verilən məlumata görə, Azərbaycanın paytaxtında reallaşan mərhələ dünyanın aparıcı kütləvi informasiya vasitələrinin sorğusunda birinci olub.
"Daily Mail”, "Sky Sports”, "The Times”, "Bild am Sonntag”, "ViaSat” kimi nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardığı sorğuda əksəriyyəti Bakıdakı yarışı fərqləndirib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisində "Red Bull” komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanıb. Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində yaşanan ən yaddaqalan hadisələrdən biri olub. Bundan başqa, Formula-1-in təkər təchizatçısı "Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran-Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub.
Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran-Prisi 27-29 apreldə keçiriləcək.
Aktual.az
Xəbər 486 dəfə oxunub.