Azərbaycan qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

Azərbaycan qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb

 2018-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb.

"Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində qiymətli kağızlar bazarında ümumilikdə 18 mlrd. 657,7 mln. manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Əməliyyatların 57,2%-i (10 mlrd. 664,4 mln. manat) ilkin bazarda, 42,8%-i (7 mlrd. 993,3 mln. manat) isə təkrar bazarda aparılıb.
2018-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 mln. manat (95%-i və ya 518 mln. manat dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 12 mlrd. 269 mln. manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
 
Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR