Azərbaycanda qış turizmi ilə bağlı hazırlıq işləri davam etdirilir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib.
Nazir qeyd edib: "Biz dekabrın 15-də mövsümün açılışını nəzərdə tuturuq. Hazırda bütün müəssisələrdə hazırlıq prosesi gedir. Azərbaycanda turizmin inkişafı ilə bağlı strateji bir proqram tətbiq olunub. Əsas məqsədimiz Azərbaycan turizminin və xaricdən ölkəmizə gələn turist axınının mövsümdən asılılığını aradan qaldırmaqdır. Çünki Azərbaycanda hər fəslin özünəməxsus gözəlliyi var".
Ə.Qarayev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində Azərbaycana gələn turistlərin sayında 12 faiz artım var.