Azərbaycan qazının qiyməti bu il artacaq - PROQNOZ

Azərbaycan qazının qiyməti bu il artacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının 1 000 kubmetrinin orta qiymət üzrə proqnozunu açıqlayıb.
Aktual.az xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.
Proqnoza əsasən, bu il Azərbaycan qazının 1 000 kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.
Qeyd olunur ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.
Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.
Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

İllər üzrə

2020

2021

2022

2023

2024

2025

2026

2027

2028

Qazın güman edilən qiyməti (min kubmetr, ABŞ dolları)

173,5

368,1

740

384,8

393,1

291,7

362,6

322,6

319




Xəbər 651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR