Azərbaycan cari ilin oktyabr ayı ərzində Qazaxıstana 57,4 ton çay ixrac edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, Qazaxıstan 2015-ci ilin yanvar-oktyabr ayları ərzində ümumilikdə 21,6 min ton çay idxal edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 7,4% azdır.
Oktyabrda bu göstərici 2447,7 tona bərabər olub. Qazaxıstan MDB ölkələrindən 80,2 ton çay idxal edib ki, bunun da 57,4 tonu Azərbaycanın, 22,8 tonu isə Qırğızıstanın payına düşüb.