Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir.
Aktual.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib.
"Prezident İlham Əliyevin səfərinin baş tutacağını gözləyirik. Bundan sonra Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycana səfər edəcək", - Covan Canciç bildirib.
Xəbər 49 dəfə oxunub.