Azərbaycan prezidenti İlham Əliyev Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulosa təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda Yunanıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə yunanıstanlı həmkarını təbrik edib.
”İnanıram ki, Azərbaycanla Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək” - deyə məktubda bildirilir.(APA)