Azərbaycan prezidenti İlham Əliyev Fuad Əliyevə və Rauf İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az "APA-Economics"ə istinadən bildirir ki, onlara bu ad Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə verilib.
Dövlət başçısı Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
Arslanbekov Ebazer Şevketoviç
Dəmirov Camal Abdulsəməd oğlu
Eyubov Şaiq Veys oğlu
Gülməmmədov Məcid Xəlil oğlu
Hüseynov Vüsal Təvəkkül oğlu
Mirzəyev Söhrab Ağamirzə oğlu
Şikarov Ramiz Şükür oğlu
Tağıyev Kərəm Qələndər oğlu.