Azərbaycan polisi peşə bayramını qeyd edir

Azərbaycan polisi peşə bayramını qeyd edir

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı qəhrəmancasına həlak olub.


Bu gün Azərbaycanda daxili işlər orqanları əməkdaşlarının peşə bayramıdır.

Aktual.az xəbər verir ki, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.

1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Polisinin yaranmasının 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir bildirib ki, 1988-ci ildə erməni təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub: "Bu döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görülüb".

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR