Azərbaycan pilotları “Anadolu Qartalı - 2016“ beynəlxalq təlimində

Azərbaycan pilotları “Anadolu Qartalı   - 2016“ beynəlxalq təlimində

Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.

Aktual.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcəkdir.

Təlim iyunun 10-dək davam edəcək. 

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR