Azərbaycanda 13 noyabr Parisdə törədilən terror aktının qurbanlarının anım mərasimi keçirilir.
Aktual.az report-a istinadən xəbər verir ki, dünən gecədən etibarən Azərbaycandakı Fransa səfirliyinin qarşısına gül dəstələri gətirilir.
Hadisədən dərhal sonra bəzi şəxslər səfirliyin qarşısında şam yandırıblar.
Xatırladaq ki, noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 153 nəfərədək şəxs həlak olub.