Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu bu gün torpağa tapşırılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, şəhid hərbçi anadan olduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.
1990-cı il təvəllüdlü, müddətdən artıq hərbi xidmət keçən gizir Aqil Qismət oğlu Məlikovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak ediblər.
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu noyabrın 15-də xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Aktual.az
Xəbər 484 dəfə oxunub.