Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi?

Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi?

Fransanın “www.lopinion.fr” saytında qoşunlarının təmas xəttində Ermənistanın törətdiyi son təxribatlardan bəhs edən “Dağlıq Qarabağ: Azərbaycan ordusu 3 günlük müharibədə necə qalib gəldi” başlıqlı məqalə dərc olunub.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, müəllif Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, artıq 30 min insanın həyatına son qoyan dondurulmuş müharibənin yenidən alovlandığını bildirir.

1994-cü il atəşkəs sazişindən sonra ilk dəfə qoşunların təmas xəttində dəyişiklik olduğu, Azərbaycan ordusunun işğal altında olan torpaqlarının bir hissəsini geri qaytardığı qeyd olunur.

Müəllif aprel ayının 2-də başlayan döyüşlərdə intensiv hərbi əməliyyatlar aparıldığını, artilleriyadan kütləvi şəkildə və snayperlərdən istifadə olunduğunu qeyd edir. Bildirir ki, münaqişə dondurulmuş hesab edilsə də 2015-ci ildən eskalasiyalar şiddətlənməyə başlayıb.

Azərbaycanın əks-hücuma keçdiyini vurğulayan müəllif onun əsas məqsədinin işğal altında olan 20 faiz torpaqlarını geri qaytarmaq olduğunu qeyd edir. Ermənistan isə xalqların öz müqəddəratını həll etmək hüququ adı ilə 1994-cü ildən işğal etdiyi Azərbaycan ərazilərini nəzarətində saxlamağı davam etdirmək istəyir. Azərbaycan qoşunları ilə müqayisədə Ermənistan qoşunlarının mühüm strateji yüksəkliklərdə yerləşdiyi bildirilir. Ancaq buna baxmayaraq Azərbaycan ordusunun son günlər uğur qazanması diqqətə çatdırılır.

Hər iki ölkədə demoqrafiyadan söz açan müəllif Azərbaycan əhalisinin Ermənistan əhalisindən 4 dəfə çox olduğunu qeyd edir. Müxtəlif ölkələrin mövqelərindən bəhs edən müəllif Türkiyənin Azərbaycanı, Rusiyanın isə Ermənistanı dəstəklədiyini xatırladır.

Kremlin balanslaşdırılmış mövqe tutduğu, Azərbaycanı neft-qaz sektorunda potensial tərəfdaşı gördüyü bildirilir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli üçün çalışmasından və Madrid prinsiplərindən danışılır. Qeyd olunur ki, münaqişənin ideal həlli erməni ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasıdır.

Hər iki ölkənin iqtisadi durumundan danışaraq müəllif Ermənistanda elektrik tarifinin artması ilə əlaqədar keçirilən nümayişlərin ölkəni möhkəm sarsıtdığını bildirir.

Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR