“Azərbaycan olduqca mühüm tərəfdaşdır” - Obama

“Azərbaycan olduqca mühüm tərəfdaşdır”   - Obama

Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında çox mühüm tərəfdaşdır.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə iştirak etmiş bir çox ölkələr kimi ümumi təhlükənin qarşısının alınması üçün artıq bir sıra addımlar atıb.

B.Obama bildirib: "Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər və onlar sərhəd məntəqələrin nəzarəti sahəsində bizimlə birgə işləyiblər. Azərbaycan öz yerləşmə mövqeyinə görə bu prosesdə mühüm tərəfdaşdır".

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR