“Azərbaycan Nəşriyyatı” ötən ili zərərlə başa vurub

“Azərbaycan Nəşriyyatı” ötən ili zərərlə başa vurub

Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı” MMC 2023-cü ili 1,61 milyon manat zərərlə başa vurub. Halbuki, Nəşriyyat 2022-ci ildən 29,921 milyon manat mənfəətlə çıxmışdı.
Aktual.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,698 milyon manat (əvvəlki ilə nisbətən 6,5 dəfə az), xərcləri isə 7,308 milyon manat (2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan Nəşriyyatı”nın aktivləri 33,135 milyon manat olub ki, bu da illik müqayisədə 4,9% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 10,3 % azalaraq 942 min manata, balans kapitalı isə 4,8 % azalaraq 32,194 milyon manata düşüb.
Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Azərbaycan Nəşriyyatı"nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Xəbər 557 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR