Azərbaycandan Bolqarıstana qaz nəqli yanvarın 15-dən bərpa oluna bilər.
Aktual.az xəbər verir ki, bu barədə "Bulgargaz” məlumat yayıb.
"Yanvarın 7-də dayandırılan Azərbaycandan təbii qazın verilməsinin yanvarın 15-də bərpa olunacağı gözlənilir”, - məlumatda deyilir.
Hazırda Bolqarıstana qaz nəqli Türkiyənin BOTAŞ şirkəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, texniki nasazlığa görə Azərbaycandan Bolqarıstan və Serbiyaya qaz nəqli dayandırılıb.
Xəbər 64 dəfə oxunub.