Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxardığı neft bahalaşıb
Aktual.az-ın məlumatına görə, ötən gün London birjasında keçirilən hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 3,64 dollar bahalaşaraq 50,54 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 46,23, dünən isə 46,90 dollar/barel olub.