Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 40,246 min ton həcmində neft məhsulları ixrac edib.
"Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 19,967 mln. ABŞ dolları təşkil edib.
Yanvar ayında neft məhsullarının ixracı ötən ilin yanvar ayından 42%, dəyəri 26% artıb.
Hesabat ayında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,56% təşkil edib.
Xəbər 549 dəfə oxunub.