"Azərbaycan aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək neft hasilatçılarının görüşündə iştirak edəcək".
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, həm ikitərəfli, həm üçtərəfli görüş çərçivəsində həmkarları ilə enerji məsələsini də müzakirə edib: "Görüşə Rusiya da qatılacaq. Ümid edirik ki, həmin görüşdə bütün ölkələrin maraqlarına uyğun qərarlar qəbul ediləcək".