Azərbaycan-Moldova Qarışıq Komissiyasının iclası keçirildi

Azərbaycan-Moldova Qarışıq Komissiyasının iclası keçirildi

Nazirlik məlumat yaydı.

Oktyabrın 7-də Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Moldova Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Aktual.az-a nazirlikdən bildiriblər.

Məlumata görə, iclasda Moldova tərəfdən bu ölkənin Avtomobil Nəqliyyatı Agentliyinin rəis müavini və Moldova Avtomobil Agentliyinin Beynəlxalq əlaqələr xidmətinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclası giriş sözü ilə açan Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının əhəmiyyəti və qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb.

Daha sonra beynəlxalq avtomobil əlaqələrinin vəziyyəti, perspektivlər və onun inkişafı, yük daşımaları sahəsində icazə vərəqələrinin istifadəsi, 2016-cı ildə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlər müzakirə edilib.

Aktual.az

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR