21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.
Aktual.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi "Şeçinek"lə anlaşıb.
Qeyd edək ki, Ricat Qarayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Şamaxı" və "Sabah"ın formasını da geyinib.
Xəbər 348 dəfə oxunub.