Qadın voleybolçular arasında CEV kubokunun statistikası açıqlanıb.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən "Azəryol"un hücumçusu Yekaterina Jidkova da ən yaxşılar arasında yer alıb.
Azərbaycan millisinin də şərəfini qoruyan voleybolçu 1/16 və 1/8 final mərhələsinin yekununa əsasən açıqlanan bombardirlik siyahısında ilk "10-luğu" qapayır. Jidkova 4 oyunun 15 seti ərzində 65 xal toplayıb.
Siyahıya "Ximik"in (Ukrayna) oyunçusu Anastasiya Çernuxa başçılıq edir. Onun aktivində 126 dəqiq zərbəsi var. İkinci pillədə "Azəryol"un 1/4 finaldakı rəqibi - "Muşina"nın (Polşa) hücumçusu Adela Heliç (96 xal) qərarlaşıb. "Üçlüyü" isə 88 xalla Allison Mayfield ("Kanqasala", Finlandiya) qapayır.