Azərbaycan millisinin futbolçusu La Liqa komandası ilə müqavilə imzalayıb

Azərbaycan millisinin futbolçusu La Liqa komandası ilə müqavilə imzalayıb

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını yenidən İspaniya La Liqasında davam etdirəcək. Aktual.az Apasport.az saytına istinadən bildirir ki, 23 yaşlı futbolçu yeni mövsümdə “Eybar”ın formasını geyinəcək.

Müqavilə ilə “Mursiya” klubuna məxsus olan İsrafilov ötən mövsüm olduğu kimi, yenə icarə əsasında oynayacaq. Belə ki, La Liqanın digər təmsilçisi - “Qranada”da çıxış edən təmsilçimiz orada qalmaq istəmədiyindən “Eybar”la anlaşıb.

Klublar arasında razılığa görə, Eddi 2015/16 mövsümünü “Eybar”da keçirəcək. Sabah futbolçu yeni klubu ilə rəsmi müqaviləyə qol çəkəcək.

İsrafilov Azərbaycan yığmasında 1 oyun keçirib. O, Avro-2016-nın seçmə mərhələsində Malta (2:0) ilə ev oyununda meydançaya çıxmışdı.

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR