Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb.
"Report"un məlumatına görə, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.
Xəbər 379 dəfə oxunub.