Azərbaycan millisi növbəti oyununu keçirəcək

Azərbaycan millisi növbəti oyununu keçirəcək

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektivSlovakiya yığması ilə üz-üzə gələcək.
"Bakcell Arena”da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub – 1:3.
Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb. Beləliklə, rəqib Bakıya 3 qapıçı, 20 meydan oyunçusu ilə gəlib.
Azərbaycan yığmasından isə öncədən komandaya çağırılan Eddi İsrafilov zədəlidir.
Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də slovaklar qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında rəqibini Bakıda 2:0 hesabı ilə üstələyib.
Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın isə 3 xalı var. İki matça sıfır xalı olan Azərbaycan isə sonuncu yerdədir.
AVRO-2020, seçmə mərhələ, IV tur
11 iyun
20:00. Azərbaycan – Slovakiya
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson
"Bakcell Arena”
Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR