Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazanıb

Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazanıb

Bu gün voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının son təsnifat mərhələsində Slovakiya yığması ilə cavab görüşünə çıxıb. 

"Report"un məlumatına görə, qarşılaşmanın taleyi "qızıl set"də həll olunub. 

Buna meydan sahiblərinin oyunu 3:0 (26:24, 25:19, 25:18) hesablı qələbə ilə başa vuraraq, bir həftə öncə Bakıda keçirilmiş ilk görüşdəki eyni hesablı məğlubiyyətin əvəzini çıxması səbəb olub. "Qızıl set"də isə Azərbaycan millisi 15:6 hesabı ilə qalib gələrək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. 

Azərbaycan millisinin Avropa çempionatında Macarıstan, Belçika və Türkiyə ilə birgə "B" qrupunda yer alacağı dəqiqləşib. Bu qrupun oyunları Belçikanın Antverpen şəhərində təşkil olunacaq. Baş məşqçi Aleksandr Çervyakovun komandası sentyabrın 26, 27 və 28 tarixlərində müvafiq olaraq Türkiyə, Belçika və Macarıstanla qarşılaşacaq. Qrupun qalibi birbaşa 1/4 finala vəsiqə qazanacaq. 2-3-cü pillələrin sahibləri Çexiya, Rumıniya, Serbiya və Almaniyanın yer aldığı "D" qrupunda müvafiq pillələri tutan komandalarla çarpazlama üsulu ilə "pley-off" matçında üz-üzə gələcəklər. Hollandiya, İtaliya, Sloveniya və Polşa "A" qrupunda, Bolqarıstan, Rusiya, Xorvatiya və Belarus "C" qrupunda yer alacaq. "Pley-off" cütlərinin qalibləri də 1/4 finala yüksələcəklər. 

Avropa çempionatına oktyabrın 4-də Hollandiyanın Rotterdam şəhərində keçiriləcək 3-cü yer uğrunda və final matçları ilə yekun vurulacaq.

Aktual.az

Xəbər 691 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR