Futbol üzrə Azərbaycan milli komandası bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin oyununa çıxacaq. "Report”un məlumatına görə, E qrupunda ilk turun görüşündə rəqib Xorvatiya yığması olacaq. Zaqrebdəki "Maksimir” stadionunda təşkil olunacaq qarşılaşmanı bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.
Xorvatiya millisi son dünya çempionatının gümüş mükafatçısı olsa da, UEFA Millətlər Liqasında Liqasında 4-cü qrupun qalibi ola bilməyib. Elə Azərbaycan yığması da D Liqasında 3-cü qrupun qalibi ola bilməyib. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanov istefaya göndərilib və onu xorvatiyalı Nikola Yurçeviç əvəzləyib.
Meydan sahibləri bugünkü görüşə itkilərlə çıxacaqlar. Azərbaycan millisində isə Aleksey İsayevdən başqa itki yoxdur.
AVRO-2020, seçmə mərhələ
21 mart
E qrupu
23:45. Xorvatiya – Azərbaycan
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir” stadionu
Georgi Kabakov, onun köməkçiləri Martin Marqaritov, Divan Valkov, dördüncü hakim isə Nikola Popov olacaq.
İndiyədək Xorvatiya və Azərbaycan yığmaları cəmi 2 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda rəqib komanda Osiyekdə 6:0 hesablı qələbə qazanıb. Bakıdakı görüş isə qolsuz yekunlaşıb.