“Zero” nəşriyyatının təqdimatında yeni şeir kitabı: “Birnəfəsə”.
“...birnəfəsə yazılmış şeirləri oxuyanda, görürsən ki, bu şeirlər məhz elə yanından ötüb keçənləri tezcə fiksə etməyi bacaran birinin yazdıqlarıdı. Və qəribə də olsa, sanki bu şeirlər yazılmayıb, uzaq yol gedəndə ürəyimizdə özümüzlə danışdığımız kimi doğulub, dilin ucunda bəstələnib. Amma həm də müxtəlif formalara müraciət, düşünülmüş struktur, daxili bağlar adama əsas verir desin ki, bu şeirlər nə yazdığını bilən, ağıllı, ayıq bir müəllifin yazdıqlarıdır...”
“Birnəfəsə” kitabına yazdığı ön sözdə şair-esseist Qismət belə deyir. “Birnəfəsə” Jalə İsmayılın ikinci kitabıdır. Hekayələrdən ibarət “Heykəlin içindəki hekayələr” kitabı 2010-cu ildə çap olunub.
“Birnəfəsə”nin üzünü 4 yaşlı Altunay İsgəndərlinin əl işi bəzəyir.
Redaktə Lalə Aydına, üz qabığının dizaynı Anar İsmayıla, səhifələmə Rüstəm Əliyevə məxsusdur. Gənc rejissor Gülər Abbasova “Birnəfəsə” ruhunda maraqlı bir video hazırlayıb. Videonu təqdim edirik.