Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan “X5 Retail Group” şirkətinin rəhbər heyəti sentyabrın 8-də 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.
Aktual.az Oxu.az -a istinadən xəbər verir ki, bu barədə AZPROMO-dan bildirilib.
Görüşdə “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”na üzv olan şirkətlərlə qarşılıqlı faydalı fəaliyyət istiqamətləri müzakirə olunub, meyvə-tərəvəz məhsullarının “X5 Retail Group”la əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunması qərara alınıb.