Azərbaycan Mançesterdə törədilmiş terror aktına MÜNASİBƏT

Azərbaycan Mançesterdə törədilmiş terror aktına MÜNASİBƏT

Azərbaycan Böyük Britaniyanın Mançester şəhərində stadionda törədilmiş terror aktını pisləyir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

Nazirlik hadisə ilə bağlı həlak olanların yaxınlarına və Böyük Britaniya hökumətinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
 
Aktual.az 
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR