Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2 500 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.
Bu barədə Aktual.az Komitəyə istinadən məlumat verir.
Bundan başqa, QKDK tərəfindən nazirliyin hər birinin nominal dəyəri 100 manat olan 1 500 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.