17 yaşadək futbolçulardan ibarət komandaların FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turniri davam edir.
Aktual.az Goal.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası bu gün turnirdə ilk matçını keçirib. Yığmamız latviyalı həmyaşıdları ilə qarşılaşıb.
Oyun Sankt-Peterburqdakı Peterburqski İdman-Konsert Kompleksində keçirilib.
4 yanvar
15:15. Azərbaycan - Latviya 1-1
Qollar: Pilağa Mehdiyev, 41 - Roberts Uldrikis, 44 (p)