Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) Londonda keçirilən "Strategies in Satellite Ground Segment 2025” (SSGS 2025) beynəlxalq konfransının mükafatlandırma mərasimində "İlin Ən Yaxşı Regional Operatoru və Xidmət Təchizatçısı” ("Regional Operator and Service Provider of the Year”) nominasiyası üzrə qalib seçilib.
Bu barədə
Aktual.az-a Azərkosmos-dan bildirilib.
Qeyd edək ki, SSGS 2025 mükafatları cəmi 7 əsas kateqoriya üzrə təqdim olunub və qaliblər qabaqcıl peyk operatorları və texnologiya şirkətləri arasından seçilib.
Xəbər 53 dəfə oxunub.