Azərbaycan kişisi və qadını daha çox hansı cinayətə əl atır - STATİSTİKA

Azərbaycan kişisi və qadını daha çox hansı cinayətə əl atır   - STATİSTİKA

2014-cü ildə Azərbaycanda törətdiyi cinayətlərə görə məhkum olunanların 4,6 faizini qadınlar, 95,4 faizini kişilər təşkil edib.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin il 12 724 kişi, 618 qadın azadlıqdan məhrum edilib.

Onlardan 14-18 yaş arasında olan uşaqlardan cinayət törədənlərin 8-i qadın, 272 nəfəri isə kişi olub.

Qadınlar tərəfindən oğurluq, kişilər tərəfindən isə narkotik maddələrlə bağlı, yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, xuliqanlıq və oğurluq kimi cinayətlər daha çox törədilib.

Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR