Azərbaycan İstanbulda turizm nümayəndəliyi açdı

Azərbaycan İstanbulda turizm nümayəndəliyi açdı

Azərbaycanın İstanbulda turizm nümayəndəliyi açılıb.

Aktual.az APA-ya istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyi, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, qədim mədəniyyət abidələri və turizm imkanlarını əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanda keçiriləcək "Formula-1" Avropa Qran-pri yarışları barədə də geniş məlumat verilib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, millət vəkili Qənirə Paşayeva, "Gateway" şirkətinin rəhbəri Halis Çakmak, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və başqaları layihənin əhəmiyyətindən bəhs ediblər. Məlumat verilib ki, nümayəndəliyin açılması Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbulda fəaliyyət göstərən "Gateway Managemental" A.Ş arasında əldə olunmuş razılıq əsasında həyata keçirilib.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR