Azərbaycan İspaniyadan şirin kartof tədarük etməyə başlayıb

Azərbaycan İspaniyadan şirin kartof tədarük etməyə başlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 10,4 min ABŞ dolları dəyərində 7,2 ton şirin kartof və yaxud batat idxal edib.
Aktual.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 72 %, kəmiyyət olaraq – 88 % azdır.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 5 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 69 % az) 3,5 ton (-69 %), Misirdən 4,4 min ABŞ dolları dəyərində (-44 %) 3,1 ton (-44 %), İspaniyadan 0,8 min ABŞ dolları dəyərində 0,6 ton və Yaponiyadan 0,2 min ABŞ dolları dəyərində 0,02 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə İspaniyadan tədarük həyata keçirilib.

Xəbər 67 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR