"Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir deyib: "2017-ci ilin yanvarın 10-dan başlayaraq İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları "ASAN Viza” sistemi ilə ala bilər, bu zaman onlar vizanı üç gün ərzində əldə edəcəklər”.
Aktual.az
Xəbər 367 dəfə oxunub.