İrandan gələn bir qrup şəxs Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edib.
Aktual.az DİN-in saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İrandan Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən bir qrup şəxsin qarşısı alınıb, onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.
Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.