28 iyul 2017-cı il, Bakı - Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan Respublikası ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.
Dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikası və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.
Aktual.az
Xəbər 373 dəfə oxunub.